Marallıca

Maralca – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Gölkənd (Ayqut) kəndinin yaxınlığında yerləşmişdir.

Toponim heyvan adı bildirən “maral” sözünə sifətin çoxaltma dərəcəsini əmələ gətirən “-ca” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. “Maral olan yer” mənasını ifadə edir.