Mancan Yatağı

Mancan Yatağı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd (Dprabak) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 2 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim “Mancan” şəxs adına “qoyun və keçi saxlanılan yer” mənasında işlənən “yataq” sözünün birləşməsindən əmələ gəlmişdir.