“1957-ci ildə Vedi rayonunun Şirazlı kəndində anadan olmuşam. 1969-cu ildə babam bizim ailəni Xaçmaz rayonun Müşkül kəndinə gətirdi. Müşkül kəndinə köç etdik. Bizə Vedidə rahatlıq vermirdilər. Ona görə də köç etdik. O kənddə anamın qəbri qaldı. Mənim arzum kəndə qayıdıb, anamın qəbrini ziyarət etməkdir. Qayınatam isə Uluxanlı rayonunun Sarvanlar kəndindəndir. Onlar da Xaçmaz rayonuna köç ediblər.”