Mahmudov İsmayıl Həsən oğlu

“1961-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərində anadan olmuşam. Atam Mahmudov Həsən Yəhya oğlu 1937-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonundan Qazaxıstan ərazisinə sürgün olunub. Atamgil 6 qardaş olublar və hal-hazırda əmilərimin övladları, bibilərim Qazaxıstanda yaşayırlar. SSRİ qurulan zaman Stalinin siyasətinə görə ailə üzvlərim represiyaya məruz qalıblar. Sürgündə bir çox insan yolda baş verən çətinlik zamanı vəfat edib. 1972-ci ildə Azərbaycanın Xaçmaz rayonuna qayıtdıq. Ailə üzvlərim istər represiya zamanı, istərsə də erməni zorakılığı zamanı çox əziyyətlər görüblər.”