Məmmədrəsul – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Dəvəli kəndinin yaxınlığında yerləşirdi.
Kənddə 1897-ci ildə 73 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim şəxs adı əsasında yaranmışdır.