Məmmədov Əliyar Nəsib oğlu

“1940-cı ildə Amasiya rayonunun Göllü kəndində anadan olmuşam. Deportasiyaya qədər bizim rayonun camaatı maldarlıqla məşğul olmuşdur. Deportasiya olunan zaman bizə heç bir mal-mülk vermədilər. “Sovet Ermənistanı” qəzetində azərbaycanlıların köçürülməsi haqqında xəbər var idi. Daha sonra 1988-ci ildə bizi qovmağa başladılar. Biz isə Türkiyə sərhədində toplaşdıq. Şəhərə gedib-gələ bilmirdik. Tbilisidən general gəldi və bizi yenidən kəndimizə qaytardı. 2-3 gün qalandan sonra elə birdəfəlik kənddən çıxdıq.”