Ləmbəli körpüləri

Azərbaycanlıların sıx yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.

Ləmbəli və Sadaxlı kəndlərini birləşdirən üç körpü Borçalının dağlıq və aran hissələrini birləşdirməklə qədim İpək Yolu üzərində yerləşmişdir.

XVII–XVIII əsrlərdə inşa edilmiş bu körpü XIX əsrdə baş vermiş Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Ələkbərli Ə., Qədim Türk-Oğuz yurdu – “Ermənistan” (Bakı: “Sabah” nəşriyyatı, 1994)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)