Ləlvər

Ləlvər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd. Barana yaşayış məntəqəsindən 28 km şimal-qərbdə, Tona (Debed) çayının sahilində, Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. Sonralar Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilmişdir.

Ləlvər dağının ətəyində yerləşdiyi üçün kənd Ləlvar adlandırılmışdır.

Toponim “ləl” və “möhkəmləndirilmiş kənd, qala, bənd” mənasında işlənən “var” sözündən əmələ gəlmişdir.