Kövsər nənə

“Anam deyirdi ki, günorta saat 4 radələrində ermənilər Qədirli kəndinə hücum etdilər. Həmin vaxt kənddə kişilərin hamısı ya əsir, ya da yaralı idilər. Ermənilər əllərinə keçən hər bir əşyanı qənimət kimi aparmışdılar. Anam yaş və yaş yarımlıq olan iki körpəsinin birini qucağına, birini isə kürəyinə bağlayıb evdən çıxaraq ilk öncə böyük qaynıgilə, daha sonra isə kiçik qaynıgilə gedib. Heç kimi tapmayıb. Qarlı-boranlı havada anam dağlı-daşlı yollar ilə qaçaraq min bir əzab-əziyyətlə Qaraxaça çatıb. Yola baxanda ermənilərin 100 nəfər qadını dərdəst edib apardığını görüb. Qadınların əllərindən uşaqlarını alıb, dərəyə ataraq gözəllərini seçib aparırmışlar. Anamın yolda körpəsi kürəyindən açılaraq dərəyə düşür. Anam deyirdi ki, istədim uşağımın ağzına qar doldurub, öldürüm, sadəcə edə bilmədim. 100-200 metr məsafədə ermənilər qadınları və qızları aparırmışlar. Anam bir neçə gün ərzində hər iki övladını itirir.”