Kotuz

Kotuz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd vilayətin Qarağac kəndinin yaxınlığında, Çanqlı çayının yaxınlığında, Kotuz dağının ətəyində yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Kütus, Qafqazın beşverstlik xəritəsində Kotuz formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 266 nəfər, 1897-ci ildə 329 nəfər, 1904-cü ildə 249 nəfər, 1914-cü ildə 493 nəfər, 1916-cı ildə 459 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 110 nəfər, 1931-ci ildə 154 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd xarabalığa çevrilmişdir.

Toponim qədim türk dilində “çöl sığırı” mənasında işlənən kituz” sözü əsasında əmələ gəlmişdir.