Köşəkənd

Köşəkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar erməni silahlıları tərəfindən qovulmuş və qışlaq ləğv edilmişdir.

Toponim türk dilində “müvəqqəti yaşayış yeri, yurd, daxma, koma” mənasında işlənən “köşə” sözünə “kənd” və “qışlaq” sözlərinin qoşulması əsasında formalaşmışdır.