Körpəli

Körpəli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən Sərdarabad (Armavir) şəhərindən 14 km şimal-şərqdə, dəniz səviyyəsindən 860 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1828-ci ilə kimi azərbaycanlı yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İranın Xoy vilayətindən bura ermənilər köçürülüb yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arşaluys” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 44°12′ ş. u.