Kömürlü

Kömürlü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, hazırda isə Dilican şəhəri ərazisində dağ.

Toponim türk dilində “dağ başında dar, uçurumlu yer” mənasında işlənən “kömür” sözünə “-lü” şəkilçisinin artırılması ilə düzəlmişdir.