Kömürdağ

Kömürdağ – Kiçik Qafqaz sıra dağlarında dağ silsiləsi. İndiki Ermənistanın ərazisində mövcud olmuş Böyük Qarakilsə (Kirovakan, Quqark) və Axta (Hrazdan) rayonlarının sərhədində yerləşir. Hündürlüyü 2113 m-dir.

Toponim qədim türk dilində “dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasında işlənən “kömür” sözü əsasında formalaşmışdır.