Kolagir – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.
XVI əsrdə Gəncə-Qarabağ bölgəsində yaşayan türk tayfalarından birinin adı kolagirən olmuşdur. Toponim həmin kolagirən tayfasının adı əsasında formalaşmışdır.