Köhnəqışlaq

Köhnəqışlaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “qədim” mənasında işlənən “köhnə” sözü ilə “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.