Köhnə Şahablı

Köhnə Şahablı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Çapan çayının yaxınlığında, vilayətin ərazisindəki Qarağac kəndinin yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Burada 1897-ci ildə 46 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim fərqləndirici əlamət bildirən “köhnə” sözü ilə oğuzların “şahablı” etnonimi əsasında əmələ gəlmişdir.