Kirəşdərə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində qışlaq. Yuxarı Körpülü (Dzorakap) kəndinin yaxınlığında yerləşmişdir.
1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır.
Toponim “tikintidə, heykəltəraşlıqda, cərrahlıqda işlənən ağ və ya sarı rəngli, əhəngli mineral maddə” mənasında işlənən “kirəc” sözü ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur, yarğan” mənasında işlənən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.