Kiçiktəpə

Kiçiktəpə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayəti ərazisində təpə. Vilayətdəki Cücəkənd (Cunaşoğ) kəndinin ərazisində yerləşir.

Toponim Azərbaycan dilində “balaca, xırda” mənasında işlənən “kiçik” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.