Kiçikkənd

Kiçikkənd – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilir. XIX əsrin rusdilli mənbələrdə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 77 nəfər, 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 366 nəfər, 1914-cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 1919-cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı əhali yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “balaca, sahəsi az olan, xırda” mənasında işlənən “kiçik” sözü ilə “yaşayış məntəqəsi” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.