Kiçikdüz

Kiçikdüz – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Qızılörən (Şenavan) kəndinin ərazisində yerləşir.

Toponim “balaca, xırda, sahəsi az olan” mənasında işlənən “kiçik” sözü ilə “enişi, yoxuşu, çuxuru, təpəsi olmayan”, “düzən, çöl, düzənlik” mənasında işlənən “düz” sözünün birləşməsindən əmələ gəlmişdir.