Kiçik Təpəköy

Kiçik Təpəköy – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiyadan 17 km şimal-qərbdə, Arpaçayın sol tərəfində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin sakinləri azərbaycanlılarn etnogenizində iştirak edən qarapapaqlar olmuşdur. Kənddə 1886-cı ildə 164 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 321 nəfər, 1914-cü ildə 209 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. 1950-ci ildə Böyük Təpəköy kəndi ilə birləşdirildikdənn sonra yaşayış məntəqələri siyahısından çıxarılmışdır.

Toponim Azərbaycan dilində “kiçik dağ” mənasında işlənən “təpə” sözü ilə türk dilində “kənd” mənasında işlənən “köy” sözünün birləşməsindən əmələ gəlmişdir.