Kiçik Sarıyal

Kiçik Sarıyal – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 30 km şimalda, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Sarıyar” kimi qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Ermənilər burada 1828–1832-ci illərdə məskunlaşdılırmışlar. Toponim “iri, nəhəng, uca, hündür, yüksək, dik” mənasında işlənən “sarı” sözü ilə “hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı” mənasında işlənən “yal” sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki “kiçik” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Pokr Sariar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°55′ şm. e., 44°01′ ş. u.