Keçəltəpə

Keçəltəpə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayəti ərazisində mövcud olmuş qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.

1926-cı ildə burada 14 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim “ot bitməyən”, “çılpaq” mənasını bildirən “keçəl” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlib, “çılpaq, otsuz, ot bitməyən təpə yanında olan qışlaq” mənasını bildirir.