Karvansara Dərəsi

Karvansara Dərəsi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayəti ərazisində mövcud olmuş qışlaq. Ardanış kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim “karvansara” və “dərə” sözlərindən əmələ gəlmişdir.