Kələrə

Kələrə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Zəngibasar (Masis) yaşayış məntəqəsindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı “Kalalı//Kalaley” olmuşdur. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Kelare” kimi qeyd edilir.

Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar kənddən deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim türk dilində “dayaz dərə” mənasında işlənən kol (→kal) sözü ilə, “hüdud”, “sərhəd” mənasında işlənən “ara” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Qukasavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°25′ ş. u.