Kəkilli pir

Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində “Şərqmeşə” adlanan əraziyə doğru uzanan yolun üzərində Zəngilanın sayılıb-seçilən din xadimlərindən olan Seyid Mir Əhməd ağa və onun bir neçə qohumları dəfn edilmişdi.

1950-ci illərdə ermənilərin Pircavidan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbri köçürülmüş, oğlu Mir Əli ağa atasının qəbri üzərində sərdabə tikdirmişdi. Kəkilli pir daha sonra erməni vandalları tərəfindən dağıdılmışdır.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)