Kərəmbiçən – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Vilayətin Toxluca (Draxtik) kəndinin ərazisində yerləşir.
Toponim “Kərəm” şəxs adı ilə “biçən” feili sifətinin birləşməsindən əmələ gəlmişdir. Həmin ərazinin otu Kərəm adlı şəxs tərəfindən ilk dəfə biçildiyi üçün “Kərəmbiçən” adlanmışdır.