Kəpəz

Kəpəz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Vilayətdəki Şurnuxu kəndinin şimalında yerləşir.

Toponim türk dilində “qaya”, “su kənarında qaya” mənasında işlənən “kəpəz” sözü əsasında formalaşmışdır.