Kəpənək

Kəpənək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim qədim türk dilində “yapıncı” mənasında işlənən “kəpənək” sözündən əmələ gələn “kəpənəkçi” etnonimi ilə bağlıdır.