Kənkan

Kənkan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 53 km cənubda, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 548 nəfər, 1886-cı ildə 772 nəfər, 1897-ci ildə 740 nəfər, 1904-cü ildə 939 nəfər, 1914-cü ildə 1144 nəfər, 1916-cı iIdə 1231 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qoyularaq deportasiya olunmuş və bura Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları öz yurdlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 147 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim fars dilində “quyu qazan, quyuçu” mənasında işlənən “kankan” sözü əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hatis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°43′ ş. u.