Kəmərli

Kəmərli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Vilayətdəki Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.

Toponim “kimmer” (kəmər) etnoniminə mənsubluq bildirən “-li” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.