İskəndərabad

İskəndərabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 135 nəfər, 1904-cü ildə 81 nəfər, 1914-cü ildə 201 nəfər, 1919-cu ildə 555 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarna məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdirlər. Burada 1922-ci ildə 38 nəfər azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə onlar sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuşdur. 1925-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim İskəndər şəxs adı ilə abad sözünün əsasında əmələ gəlib “İsgəndərin saldığı kənd” mənasını verir.