İnəkdağ

İnəkdağ – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Vilayətdəki İnəkdağ kəndinin ərazisində yerləşir.

Toponim oğuzların “inək” (inak) tayfasının adını əks etdirir.