İlxı Qoruğu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarna məruz qalaraq kənddən qovulmuşlar. Kənd 1920-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində toplu isim kimi işlənən “ilxı” (at ilxısı) sözü ilə “qoruq” sözündən əmələ gəlib “atlar üçün qoruğun yaxınlığındakı kənd” mənasını verir.