İlanlı

İlanlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Vilayətdəki Qızılörən (Şenavan) kəndinin ərazisində yerləşir.

Toponim “ilanlı” etnonimi əsasında formalaşmışdır.