İkinci Qılıcyataq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Burada 1897-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1915–1920-ci illərdə kənddə müsəlman kürdlər yerləşdirilmişdir. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim fərqləndirici əlamət bildirən “ikinci” sözündən və Azərbaycan dilində “dağın təpəsi, yoxuşun başı” mənasında işlənən “qılıc” sözü ilə, “payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer” mənasında işlənən “yataq” sözünün birləşməsindən əmələ gəlmişdir.