İkinci Qayaxaraba – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin başqa adı “Kafir qalası”dır.
Kənddə 1897-ci ildə 68 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim Azərbaycan dilində “qayalı sıldırım yer” mənasında işlənən “qaya” sözü ilə “viranəlik, dağıdılmış yer” mənasında işlənən “xaraba” sözünün birləşməsindən əmələ gəlmişdir. “İkinci” sözü fərqləndirici əlamət bildirir.