İkinci Bəhlul

İkinci Bəhlul – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Mastara kəndindən 8-9 km cənub-qərbdə, Sabunçu kəndinin cənub-qərbində yerləşirdi.

Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. Kənd 1940-cı ildə ləğv edilmişdir.

Toponim Bəhlul şəxs adı əsasında əmələ gəlmişdir.