İkinci Əliyanlı

İkinci Əliyanlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənd 1920-ci ildə ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “ikinci” sözü kəngərli türk tayfasından olan “əliyanlı” etnonimi əsasında əmələ gəlmişdir.