Hüseynbəyli

Hüseynbəyli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1906-cı ildə 658 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim hüseynbəyli nəsil adı əsasında əmələ gəlmişdir.