Hamamlı

Hamamlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunn, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 340 nəfər, 1886-cı ildə 353 nəfər, 1897-ci ildə 445 nəfər, 1908-ci ildə 600 nəfər, 1914-cü ildə 636 nəfər, 1916-cı ildə 526 nəfər, 1918-ci ildə 208 nəfər , 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart-aprel aylarında kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.