Hacıqışlaq

Hacıqışlaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasının, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş qışlaq. Sovet hakimiyyəti qurulandan sonra Getazat kəndinə birləşdirilmişdir.

Toponim “Hacı” şəxs adı ilə “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.