Hacı Novruzəli bəy məscidi

İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər massivinin Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli bəy məscidi 18-ci əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir.

1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli bəy məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdır. Tək minarəyə malik olan bu məscid ermənilər tərəfindən məhv edilmişdir.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Шопен И. И., Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи (СПб., 1852)