Hacatı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 38 km şimal-qərbdə, Gığı çayının sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Hacatı”, Qafqazın beşverstlik xəritəsində “Haçaatı”, Azərbaycan mənbələrində “Həcəti”, erməni müəlliflərinin əsərlərində “Hacatin” formasında qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 41 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 71 nəfər, 1939-cu ildə 95 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kəndin təsərrüfatı 1950-ci ildə Gığı kəndinə birləşdirilmişdir. Hazırda xarabalıqdır.