Haçasu

Haçasu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 14 km şimalda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim “haçalanmağın başlandığı yer” mənasında işlənən “haça” sözü ilə türk dilində çay mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd “Haçasu” adlanmışdır.

Kəndin adı 1920-ci ildə hərfi tərcümə edilərək “Açacur” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°59′ şm. e., 45°08′ ş. u.