Həsənsu

Həsənsu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd Zod kəndinin yaxınlığında yerləşirdi. Kənddə 1926-cı ildə 48 nəfər azərbaycanlı yaşamışdır. 1928–1930-cu illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir.

Toponim şəxs adı bildirən Həsən sözü ilə türk dilində çay mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəlmişdir.