Həsənli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 192 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 503 nəfər, 1897-ci ildə 252 nəfər, 1904-cü ildə 501 nəfər, 1914-cü ildə 608 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarna məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922–1924-cü illərdə sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır.
Toponim Həsənli nəsil adı əsasında əmələ gəlmişdir. Kənd sonradan ləğv edilmişdir.