Həsənov Nazir Səməndər oğlu

“Keşişkənd rayonunun Qızılgül kəndində anadan olmuşam. 1988-ci hadisələrindən sonra Xızıya gəldik. Daha sonra xəbər çıxdı ki, kənddəki evlərimizə görə pul verilir. Biz də yenidən kəndimizə qayıtdıq. Kəndimizdə 1 ay müddətində yaşadıq. 5 kəndin hərəsində 6-7 nəfər yaşayırdı. Gecələr Qovuşuq kəndinə toplaşıb müdafiə edirdik. Daha sonra rayonun mərkəzindən maşınlar gəldi və biz Naxçıvana getdik.”