Güneyvaz

Güneyvaz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir.

Toponim Azərbaycan dilində “cənub, gün düşən yer” mənasında işlənən “güney” sözü ilə türk dilində “dağ çökəyi”, “düzən yerdə tirə, təpəcik, hündür yer”, “çüxur, çökək” mənasında işlənən “bazı//baz” sözünün dialekt variantı olan “vaz”sözündən əmələ gəlmişdir.